• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik məktəb direktorlarının səlahiyyətlərinin artırılmasını istəyir

Nazirlik məktəb direktorlarının səlahiyyətlərinin artırılmasını istəyir
06.02.2025 16:13
Elm və Təhsil Nazirliyi məktəblərdə direktorların səlahiyyərlərimin artırılmasının tərəfdarıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Direktorla görüş kifayət qədər maraqlı keçib. Biz məktəb direktorlarının səlahiyyətlərinin artırılmasının tərəfdarıyıq. Sadəcə baxmalıyıq ki, bu səlahiyyətlər əvvəl hansı səbəblərdən alınır. Bunu araşdırmalıyıq. Əsas məsələ budur",- nazir bildirib.

Bundan əvvəl elm və təhsil naziri çıxışında bildirib ki, Bakıda elə məktəb direktorları var ki, onların qəbuluna düşmək olmur. "Məktəb ictimai qurumdur. İctimaiyyətlə münasibət qurulması vacibdir. Məktəb valideynlərə mesajı necə çatdırır? Bakının elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim qəbuma düşməkdən çətindir. Belə hallar var. Amma çox deyil. Bir dənə belə hal varsa deməli problem var. Valideynlərlə məktəb rəhbərliyi görüşməlidir",- nazir Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məktəb şagidlərin marağına uyğun işləməlidir. Bu gün şagirdə nə öyrədirik məsələsi ön plana çəkilməlidir. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol