• $
  • €
  • ₽
  • ₺
  • £

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq
01.04.2025 15:49

Audiovizual Şura “KANAL S”-in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib. Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də Azərbaycan Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Kanal S" televiziya kanalında yayımlanan "özün bitdiyi an" proqramının martın28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

"İlk olaraq qeyd olunan məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib, Şura üzvləri öz fikirlərini bildirmişlər. Müzakirələrdən sonra proqramda "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinmişdir. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.

Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunmuşdur. Həmçinin "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub. 

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanun ilə ona verilmiş səlahiyyətlər çərçivəsində televiziya və radio yayımında qanunvericiliyə riayət olunması və media azadlığının təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirir. Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.

Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol