• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Sabah bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

Sabah bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
03.05.2025 09:39

“Bakı Marafonu 2025” ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.Bu barədə Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə 4 may saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan 63 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Axtarışda olan 63 nəfər saxlanılıb
Çaylarda sululuq artıb
Cəmiyyət 09:54
Çaylarda sululuq artıb
Həftəsonu vətəndaşların hesabından nə qədər vəsait oğurlanıb
Cəmiyyət 09:42
Həftəsonu vətəndaşların hesabından nə qədər vəsait oğurlanıb
DTX terrorçuluqda ittiham olunan şəxsləri Azərbaycana gətirib
Cəmiyyət 09:32
DTX terrorçuluqda ittiham olunan şəxsləri Azərbaycana gətirib
17 küçədə tıxac var - Siyahı
Cəmiyyət 08:21
17 küçədə tıxac var - Siyahı
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur - SİYAHI
Cəmiyyət 22:15
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur - SİYAHI
Qaxda külək evin dam örtüyünü uçurub
Cəmiyyət 20:40
Qaxda külək evin dam örtüyünü uçurub
İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:50
İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Cəmiyyət 19:01
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol