Elektrik enerjisinin ixracı artırılıb

2025-ci ilin yanvar-iyununda Azərbaycan 924 512,87 min kilovat-saat (kVt/saat) elektrik enerjisi ixrac edib. Bu göstərici ötən dövrdə 679 844,33 min kVt/saat təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
İxracın dəyəri 51,07 milyon ABŞ dolları olub ki, bu da əvvəlki dövrün 38,56 milyon dollarlıq göstəricisindən yüksəkdir.
Elektrik enerjisinin ümumi ixracdakı payı 0,40% olub və əvvəlki dövrdəki 0,30%-lə müqayisədə artım qeydə alınıb.
Struktur üzrə pay isə 2,20%-dən 3,20%-ə yüksəlib.
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























