• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tibbi müayinə zamanı ailə sirri üzə çıxdı: Bioloji ata atanın atası çıxıb

Azərbaycanda tibbi müayinə zamanı ailə sirri üzə çıxdı: Bioloji ata atanın atası çıxıb
17.10.2025 14:19

Azərbaycanda 35 yaşlı bir kişi, beynəlxalq şirkətə işə qəbul prosesi zamanı tibbi yoxlamadan keçərkən atalıqla bağlı bioloji faktların ziddiyyət təşkil etdiyini öyrənib. Sonradan aparılan DNT analizləri nəticəsində məlum olub ki, onun övlad hesab etdiyi uşağın bioloji atası öz atasıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə paytaxt sakini “Ramin Həsənov” (ad və soyad şərtidir) adlı şəxsin iştirakı ilə baş verib. Ramin 8 il əvvəl ailə qurub və 7 yaşlı bir oğul övladına sahib olduğunu zənn edib. Lakin iki il əvvəl cütlüyün nikahı pozulub və bu müddət ərzində kişi qanuni aliment öhdəliklərini yerinə yetirib.

İşə qəbul zamanı aparılan tibbi testlər nəticəsində ona bioloji olaraq ata ola bilmədiyi bildirilib. Bu nəticə Ramin tərəfindən ilkin olaraq şübhə ilə qarşılanıb və o, ata-uşaq münasibətinə dair DNT testi tələb edib.

Aparılan əlavə ekspertiza və istintaq nəticəsində uşaqla genetik uyğunluğun birinci dərəcəli qohum – yəni atası Rizvanla uyğun gəldiyi müəyyən edilib. Məhkəmə istintaqı zamanı həm 64 yaşlı ata, həm də Raminin keçmiş həyat yoldaşı bir dəfəlik cinsi münasibətin nəticəsində uşağın dünyaya gəldiyini etiraf ediblər.

Məhkəmə qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği geri qaytarılıb. Həmçinin, uşağın saxlanılması üzrə aliment öhdəliyi bioloji ata – Rizvana həvalə olunub. Rəsmi sənədlərdə uşağın Raminin qardaşı olduğu qeyd olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol