İsmayıllıda yol qəzası baş verib, ölən var

İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.
"Report" xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.
Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























