• $
  • €
  • ₽
  • ₺
  • £

20 min tam ştat müəllim vəzifəsi yaradılacaq - Emin Əmrullayev

20 min tam ştat müəllim vəzifəsi yaradılacaq - Emin Əmrullayev
20.11.2025 22:49

Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil.Bunu elm və təhsil naziri Emin Əmrullayev “İTV”də yayımlanan “Diqqət Mərkəzi” proqramında deyib

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

“Hazırda “tam ştat müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə bilər, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə bilər, sinifdənkənar işlər təşkil edə bilər, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya bilər, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək”.

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək:

“Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək”.

Nazirin sözlərinə görə, mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq:

“Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə, ilk növbədə, maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik”.

E.Əmrullayev bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq:

“Tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol