• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi dəyişilikləri kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olacaq/Video

Vergi dəyişilikləri kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olacaq/Video
21.11.2025 13:28

 

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycanın post-qələbə dövründə iqtisadiyyatın şaxələndirilməsi və kölgə iqtisadiyyatının həcminin azaldılması məqsədlərinə uyğundur. Bunu parlament müzakirələri zamanı deputat Zahid Oruc bildirib.


Zahid Orucun sözlərinə görə, qlobal ticarət mühitində artan tarif siyasətləri iqtisadi rəqabətin hərbi vasitələrlə deyil, ticarət və gömrük qaydaları üzərindən aparıldığını göstərir. O bildirib ki, Azərbaycan üçün neft hasilatının azalması fonunda qeyri-neft-qaz sektorunun genişləndirilməsi prioritet olaraq qalır.

Deputat Gürcüstanda 2003-cü ildən sonra aparılmış vergi islahatlarını xatırladaraq kölgə iqtisadiyyatının məhdudlaşdırılmasının biznes mühitini canlandırdığına diqqət çəkib. O qeyd edib ki, Azərbaycan sahibkarlarının Gürcüstana 3,5 milyard dollar kapital yatırması həmin mühitin üstünlüklərini göstərir və oxşar şəraitin ölkə daxilində yaradılması vacibdir.

Deputara görə, xaricdən ölkəyə kapital gətirənlər üçün dividend vergisinin 14%-dən 5%-ə endirilməsi və sadələşdirilmiş vergi mexanizminin 200 min manatdan 400 min manata qaldırılması sahibkarların leqallaşmasını və vergi bazasının genişlənməsini stimullaşdıracaq.

Deputat əlavə edib ki, rusumsuz ticarət mağazalarında mallar üzrə ƏDV və aksizlərin sıfırlanması qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

Müzakirələr zamanı Oruc Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan yeni vergi və maliyyə rejiminə də toxunub. O bildirib ki, azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştlərinin Naxçıvana şamil edilməsi regionun Türkiyə ilə sərhəd boyunca ticarət baxımından strateji məkana çevrilməsinə töhfə verəcək.

Deputat Hesablama Palatasının qeyri-dövlət obyektlərinin yalnız 30%-nin icarəyə verilməsi ilə bağlı rəyini də xatırladaraq, bu sahədə genişləndirilmiş güzəştlərin iqtisadi aktivliyi artıra biləcəyini qeyd edib.

Orucun sözlərinə görə, qarşıdakı mərhələdə sahibkarların stimullaşdırılması və kölgə iqtisadiyyatının həcminin minimuma endirilməsi iqtisadi modelin möhkəmlənməsi üçün əsas istiqamətlər olaraq qalacaq.

Gülnar Nazimqızı

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol