• $
  • £

TDT-nin media nazirlərinin toplantısında kommünike imzalanıb , növbəti iclasın Qazaxıstanda keçiriləcəyi qərarlaşdırılıb

TDT-nin media nazirlərinin toplantısında kommünike imzalanıb , növbəti iclasın Qazaxıstanda keçiriləcəyi qərarlaşdırılıb
28.11.2025 11:18

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının sonunda Kommünike imzalanıb.

Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib və təşkilatın media və informasiya üzrə məsul nazirlərinin 8-ci toplantısının, həmçinin Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.

Görüşdə məlumat verilib ki, TDT çərçivəsində media sahəsində əməkdaşlıq 2020-ci ildən təsdiqlənən fəaliyyət planına uyğun olaraq genişləndirilir. Üzv ölkələr informasiya mübadiləsinin gücləndirilməsi, dezinformasiya ilə mübarizə, birgə media layihələrinin təşkili və rəqəmsal sahədə koordinasiyanın artırılması kimi istiqamətlərdə fəaliyyətlərini davam etdirəcəklər.

Özbəkistan nümayəndə heyəti toplantıda media savadlılığı, rəqəmsal bacarıqların inkişafı və kontent istehsalının gücləndirilməsi üzrə yeni proqramı təqdim edib. Proqram çərçivəsində məktəblilər, tələbələr və gənc media mütəxəssisləri üçün təlimlər, təcrübə proqramları, media laboratoriyaları və televiziya studiyalarında praktiki məşğələlər nəzərdə tutulur.

Rəsmilər bildiriblər ki, üzv dövlətlərin media sahəsində əməkdaşlığının dərinləşdirilməsi regionda sağlam informasiya mühitinin formalaşmasına, mədəni əlaqələrin möhkəmlənməsinə və gənclərin yaradıcı imkanlarının genişlənməsinə xidmət edəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda oğul ana və atasını bıçaqlayıb
Cəmiyyət 10:37
Bakıda oğul ana və atasını bıçaqlayıb
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Cəmiyyət 10:08
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Cəmiyyət 10:05
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol