• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq

Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025 21:40

Azərbaycan Prezidenti tərəfindən 2011-ci il dekabrın 28-də imzalanmış “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli Fərmanla yaradılmış Komissiyanın dekabrın 12-də növbəti iclası keçirilib.Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

İclasda Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Prezident İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və dövlət hesabına mənzillə təmin edilməsi istiqamətində müəyyən etdiyi vəzifələrin icrası ilə bağlı görülən işlər barədə məlumat verib.

Babayev bildirib ki, indiyədək bu proqram çərçivəsində minlərlə hərbi qulluqçu dövlətin sosial proqramından faydalanaraq mənzillərlə təmin olunub.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunmasına dair qərar qəbul olunub. Qeyd edilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.

Bu günə qədər dövlət vəsaiti hesabına 4167 hərbi qulluqçu mənzillərlə təmin olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol