• $
  • £

Azad edilmiş ərazilərdə daha 105 mina, 223 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 105 mina, 223 PHS aşkarlanıb
09.02.2026 14:54

İşğaldan azad edilmiş ərazilərdə 97 piyada əleyhinə mina, 8 tank əleyhinə mina, 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  bildirilib.

Bildirilib ki, 669,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN vətəndaşlara xəbərdarlıq edib
Cəmiyyət 12:46
DİN vətəndaşlara xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Cəmiyyət 12:32
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Muzdla çalışanların sayı açıqlanıb
Cəmiyyət 12:24
Muzdla çalışanların sayı açıqlanıb
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb
Cəmiyyət 12:20
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb
Azərbaycanda taxıl yığımında 6,2% artım olub
Cəmiyyət 12:11
Azərbaycanda taxıl yığımında 6,2% artım olub
Bəzi yerlərdə leysan yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 11:53
Bəzi yerlərdə leysan yağır - faktiki hava açıqlanıb
Ermənistandan Azərbaycana gələn məhsulları alarsınızmı?- SORĞU
Cəmiyyət 11:22
Ermənistandan Azərbaycana gələn məhsulları alarsınızmı?- SORĞU
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:50
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol