Bakıda 71 kiloqram tiryək aşkarlanıb, 3 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı 71 kiloqram narkotik vasitə və 13 min ədəd həb aşkarlanıb.
Nazirliyin məlumatına görə, paytaxtda keçirilən əməliyyat nəticəsində Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıb.
Aşkarlanan maddələr arasında 71 kq tiryək, tərkibinə zərərli qatqılar əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi olduğu bildirilir.
DİN qeyd edib ki, saxlanılan şəxslər xarici narkotacirlərin tapşırıqları əsasında narkokuryerlik etməkdə şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.