• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda biznes riskləri üzrə illik hesabat yenidən hazırlanır

Azərbaycanda biznes riskləri üzrə illik hesabat yenidən hazırlanır
08.05.2026 11:22

2026-cı ilin iyunundan Azərbaycanda biznes riskləri ilə bağlı illik hesabat yenidən hazırlanacaq. iyun ayından yenidən başlanacaq. Bunu  Technology & Transformation (Texnologiya və Transformasiya) departament mütəxəssisi vurğulayıb.

"Ötən il araşdırmada 60-a yaxın respondent iştirak edib və hesabat həm makroiqtisadi göstəricilər, həm beynəlxalq məlumatlar, həm də iştirakçılar arasında keçirilən sorğular əsasında hazırlanıb. sorğular zamanı respondentlərdən son illərdə hansı risklərin artdığı, azaldığı və yeni yarandığı barədə məlumatlar toplanır. Artıq 10 illik məlumat bazası formalaşıb və bu da bazarda risklərin dinamikasını izləməyə imkanı yaradır.  Qlobal risklərlə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin üzləşdiyi əsas risklər arasında ciddi oxşarlıqlar müşahidə olunur. Əsas fərq isə risklərin dinamikasında və onların idarə olunma səviyyəsindədir. Hazırda şirkətlərdə əsas tendensiya sürətli böyümədən daha çox mövcud göstəricilərin qorunması və biznes effektivliyinin artırılmasına yönəlib. Respondentlərin qiymətləndirməsinə görə, makroiqtisadi vəziyyət və bazar şəraiti əsas risk faktorları sırasında qalır. Respondentlərin təxminən 15 faizi dövlət tənzimləmələri ilə bağlı risklərin artdığını düşünür. Bunun əsas səbəbinin isə qanunvericiliyin tez-tez dəyişməsi deyil, mövcud qaydaların tətbiqi və komplayans tələblərinin sərtləşdirilməsidir",- o bildirib.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol