• $
  • £

Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək


Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək
08.05.2026 12:00

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin və yüklərin etibarlı daşınması məqsədilə dəmir yolu infrastrukturunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "ADY" verilən məlumata görə, bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə icra olunan və regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişən strateji layihələr xüsusi əhəmiyyət kəsb edir. 2025-ci il 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib, həmin ilin avqust ayında isə 30 ildən sonra doğma Qarabağa müntəzəm sərnişindaşıma bərpa edilib. Qısa müddət ərzində Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb, təkcə bu ilin birinci rübündə 4000-ə yaxın sərnişin sözügedən marşrutla səyahət edib.

Artan tələbat və dinamik inkişaf fonunda mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi ADY üçün prioritet istiqamətlərdən biridir. Bu çərçivədə növbəti əsaslı təmir və yenidənqurma işlərinə Yevlax–Bərdə dəmir yolu xəttində başlanılması nəzərdə tutulur. Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.

Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq.

Bununla yanaşı, hazırda ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xəttinin, o cümlədən ötən ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi sürətlə davam etdirilir. Tikinti işləri tam başa çatdıqdan sonra Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi ilə Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 22:19
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Cəmiyyət 21:51
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
Cəmiyyət 21:25
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Cəmiyyət 21:10
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Cəmiyyət 20:29
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Ağdamda avtomobil çaya aşıb
Cəmiyyət 20:21
Ağdamda avtomobil çaya aşıb
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Cəmiyyət 19:30
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 18:34
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 18:16
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol