• $
  • £

GoTürkiye-dən yeni ekran layihəsi

GoTürkiye-dən yeni ekran layihəsi
13.05.2026 12:13

Türkiyənin qlobal turizm tanıtım platforması olan GoTürkiye ölkənin unikal turizm istiqamətlərini kino estetikası ilə təqdim etməyə davam edir. Platformanın böyük maraq doğuran mini-serial layihələrinin davamı olaraq hazırlanan “Cappadocia Fairytale” artıq rəqəmsal platformalarda yayımlanıb.

Daha əvvəl təqdim olunan və 1,5 milyarddan çox baxış göstəricisi əldə edən “An Istanbul Story” layihəsinin uğurundan sonra ərsəyə gətirilən yeni mini-serial yayımlandığı ilk 10 gün ərzində 49,6 milyondan çox izlənmə əldə edib. Bunun 44,3 milyonu birbaşa baxışlardan ibarətdir.

Rəqəmsal turizm tanıtımında diqqətçəkən nümunələrdən biri kimi qiymətləndirilən GoTürkiye Original Mini-Series layihəsi Türkiyənin yeni nəsil, hekayə əsaslı kommunikasiya strategiyasını ön plana çıxarır. Layihənin ən yeni ekran işi olan “Cappadocia Fairytale” Kapadokyanın nağılvari atmosferini, mistik mənzərələrini və özünəməxsus ruhunu tamaşaçıya kino dili ilə çatdırır.

Mini-serial vasitəsilə izləyicilər Kapadokyanın sehrli dünyasına səyahət etməyə dəvət olunur.

Hazırda layihənin tanıtım kampaniyası eyni anda 25 ölkədə həyata keçirilir və dünyanın müxtəlif nöqtələrindən olan auditoriyaya bu valehedici bölgənin sehrini hiss etdirməyi hədəfləyir.

Kapadokya dünya səhnəsində: “Cappadocia Fairytale” izləyiciləri mistik səyahətə aparır

“Cappadocia Fairytale” izləyiciləri İstanbulun dinamik şəhər həyatından Kapadokyanın əsrarəngiz və zamansız atmosferinə aparır. Mini-serial boyunca bölgənin UNESCO Dünya İrsi siyahısına daxil edilən unikal landşaftları, qədim yaşayış izləri, məşhur pəri bacaları və nağılvari mənzərələri ön plana çıxarılır.
Layihədə aktyorlar Ozan Akbaba və Sinem Ünsal yenidən Selim və Duru obrazları ilə tamaşaçı qarşısına çıxırlar. İlk hekayədə aralarındakı ziddiyyətlərə baxmayaraq sevgi münasibəti quran cütlük bu dəfə bal ayı üçün Kapadokyaya yollanır. Lakin romantik səyahət gözlənilmədən onları sirli hadisələr və daxili kəşflərlə dolu fərqli bir macəranın içinə çəkir.

Əllərindəki iki müəmmalı metal açarın sirrini çözməyə çalışan Selim və Duru gizli simalar, açarsız qapılar və naməlum həqiqətlərlə üz-üzə qalırlar. Onların bu yolçuluğu sevgi, cəsarət və özünü tanıma mövzularını ön plana çıxarır.
Mini-serial boyunca Kapadokyanın ən məşhur məkanları da ekranın əsas qəhrəmanlarından birinə çevrilir. Möhtəşəm Uçhisar qalası, valehedici Qırmızı Vadi, məşhur Sevgi Vadisi, qədim yeraltı şəhərlər və dünya şöhrətli isti hava şarları hər kadrda bölgənin bənzərsiz gözəlliyini qlobal auditoriyaya təqdim edir.
Layihənin prodüseri Ay Yapım şirkətidir. Ssenari müəllifi Kemal Hamamcıoğlu, rejissoru isə Beynəlxalq Emmy mükafatlı Hilal Saraldır.

GoTürkiye bu günə qədər “Antalya Gambit”, “İstanbul My Love”, “Hidden Lover” və “An İstanbul Story” kimi hekayə əsaslı, yüksək təsir gücünə malik layihələrlə beynəlxalq auditoriyanın diqqətini cəlb etməyi bacarıb. Kino estetikası və güclü ekran dili ön plana çıxaran bu mini-seriallar vasitəsilə Türkiyənin fərqli turizm istiqamətləri dünya izləyicilərinə təqdim olunub.

Layihələr Türkiyənin beynəlxalq turizm imicinə yeni baxış qazandırmaqla yanaşı, rəqəmsal platformalarda da böyük uğur əldə edib. Hər bir serial milyonlarla insan tərəfindən izlənilərək qlobal miqyasda geniş rezonans doğurub. Bu uğurlu strategiyanı davam etdirən GoTürkiye yaxın dövrdə Türkiyənin müxtəlif bölgələrini ekran dili ilə tanıdacaq yeni orijinal mini-serial layihələrini təqdim etməyi planlaşdırır.
GoTürkiye yalnız ekran layihələri ilə deyil, sosial media sahəsindəki güclü rəqəmsal fəaliyyəti ilə də beynəlxalq səyahət auditoriyasının əsas platformalarından birinə çevrilib. Dünyanın ən çox izlənilən rəsmi turizm brendlərindən biri hesab olunan platformanın səkkiz əsas sosial media kanalı üzrə ümumi izləyici sayı 20,8 milyonu ötür.

Türkiyənin zəngin mədəni və təbii irsini rəqəmsal dünyaya daşıyan GoTürkiye-nin YouTube kanalı 5,69 milyon izləyici ilə platformada dünyanın ən populyar milli turizm hesabı mövqeyindədir. Platforma TikTok-da 5,6 milyon izləyici ilə liderliyini qoruyarkən, Instagram-da isə 4 milyon izləyici ilə dünyanın ən populyar ikinci milli turizm hesabı kimi diqqət çəkir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN vətəndaşları WhatsApp-da yeni kiberdələduzluq üsulu barədə xəbərdar edib
Cəmiyyət 13:58
DİN vətəndaşları WhatsApp-da yeni kiberdələduzluq üsulu barədə xəbərdar edib
Hesablama Palatasına yeni səlahiyyətlər verilib
Cəmiyyət 13:52
Hesablama Palatasına yeni səlahiyyətlər verilib
Göyçayda zəncirvari qəza: 4 nəfər xəsarət alıb
Cəmiyyət 13:26
Göyçayda zəncirvari qəza: 4 nəfər xəsarət alıb
SOCAR ötən ilin maliyyə hesabatını açıqlayıb
Cəmiyyət 12:45
SOCAR ötən ilin maliyyə hesabatını açıqlayıb
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Cəmiyyət 12:37
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Sabah 37 dərəcə isti olacaq
Cəmiyyət 12:31
Sabah 37 dərəcə isti olacaq
Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Cəmiyyət 11:47
Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Ağcabədidə icra başçısını təhqir edən şəxs 8 gün həbs edilib
Cəmiyyət 11:34
Ağcabədidə icra başçısını təhqir edən şəxs 8 gün həbs edilib
9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
Cəmiyyət 11:02
9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol