Son iki gündə 64 cinayətin üstü açılıb
Mayın 30-31-də ölkə ərazisində qeydə alınan 64 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 25 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən olunub.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Gülnar