• $
  • £

Səhiyyə Nazirliyinin rəsmisi uşaqların sosial şəbəkələrə girməsinə münasibət bildirib

Səhiyyə Nazirliyinin rəsmisi uşaqların sosial şəbəkələrə girməsinə münasibət bildirib
10.06.2026 16:06

Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin əhəmiyyətini vurğulayıb.

O, bildirib ki, bu məsələ artıq uzun müddətdir həkimləri və ictimai səhiyyə mütəxəssislərini narahat edən mövzulardan biridir.

Aynurə Zeynalovanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 2024-cü ildə yaydığı məlumata əsasən, 2018-2022-ci illər arasında yeniyetmələr arasında problemli sosial şəbəkə istifadəsinin səviyyəsi 7 faizdən 11 faizə yüksəlib.

Sektor müdiri qeyd edib ki, 44 ölkə və regionda təxminən 280 min məktəbli arasında aparılan araşdırmanın nəticələri hər 10 yeniyetmədən birinin sosial mediadan nəzarətsiz istifadə etdiyini və bunun onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərdiyini ortaya qoyub.

Zeynalova vurğulayıb ki, yeniyetməlik dövrü insanın həm bioloji, həm də psixoloji inkişafının ən həssas mərhələlərindən biridir.

"Bu yaş dövründə beyin inkişaf etməyə davam edir, emosional sabitlik formalaşır və sosial münasibətlər genişlənir. Məhz buna görə də 16 yaşa qədər uşaqların sosial platformalardan istifadəsinin məhdudlaşdırılması doğru yanaşmadır",- o deyib

Sektor müdiri bildirib ki, son illər uşaqlar və yeniyetmələr arasında depressiya, psixoloji gərginlik və digər davranış problemlərinin artması müşahidə olunur.

Onun sözlərinə görə, yaşa uyğun olmayan məzmun, kiberbullinq və digər kibertəhlükələr bəzi hallarda ağır psixoloji nəticələrə, hətta intihar riskinin yaranmasına səbəb ola bilir.

Aynurə Zeynalova qeyd edib ki, qanun layihəsinin icrası ilkin mərhələdə müəyyən çətinliklərlə müşayiət oluna bilər və bəzi uşaqlar müxtəlif yollarla məhdudiyyətləri aşmağa çalışa bilərlər.

Lakin o hesab edir ki, mərhələli şəkildə həyata keçiriləcək maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək.

Səhiyyə Nazirliyinin sektor müdiri əlavə edib ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi aidiyyəti qurumlarla birgə bu istiqamətdə fəaliyyət göstərir və ilk növbədə valideynlərin, eləcə də cəmiyyətin maarifləndirilməsi əsas prioritetlərdən biridir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosuna Çin vaqonları gətirilə bilər
Cəmiyyət 11:37
Bakı metrosuna Çin vaqonları gətirilə bilər
11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis
Cəmiyyət 11:18
11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis
2030-cu ilə qədər 299 yeni vaqon alınacaq
Cəmiyyət 11:13
2030-cu ilə qədər 299 yeni vaqon alınacaq
"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
Cəmiyyət 11:07
"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır
Cəmiyyət 11:02
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır

Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanılıb
Cəmiyyət 10:51
Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanılıb


Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 10:41
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib

Bu il Azərbaycanda 30,2 min şəxsə əlillik təyin olunub
Cəmiyyət 10:39
Bu il Azərbaycanda 30,2 min şəxsə əlillik təyin olunub

İmişlidə yanğın törədən şəxs saxlanılıb
Cəmiyyət 10:09
İmişlidə yanğın törədən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol