• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə müəllim və şagirdlər üçün geyim tələblərinin qanunla tənzimlənməsi I oxunuşda qəbul olunub

Məktəblərdə müəllim və şagirdlər üçün geyim tələblərinin qanunla tənzimlənməsi I oxunuşda qəbul olunub
19.06.2026 13:27

Azərbaycanda ümumi təhsil müəssisələrində müəllim və şagirdlərin geyim qaydalarının vahid yanaşma əsasında tənzimlənməsi təklif olunur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov bildirib ki, məsələ ilə bağlı qanun layihəsi komitədə müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Deputatın sözlərinə görə, təhsil mühitində vahid geyim yanaşmasının tətbiqi tədris prosesinə diqqətin artırılmasına və məktəblərdə nizam-intizamın gücləndirilməsinə xidmət edə bilər.

“Bu məsələdə tətbiq olunan yanaşmalar cəmiyyətin qəbul etdiyi etik davranış normaları, milli-mənəvi dəyərlər və müasir təhsil prinsipləri ilə uzlaşdırılmalıdır”, -  Anar İsgəndərov qeyd edib.

O bildirib ki, vahid məktəbli formasının tətbiqi sosial fərqlərin görünən təsirlərini azaltmaqla yanaşı, şagirdlər arasında ayrı-seçkilik risklərini də minimuma endirə bilər. 

Deputat qeyd edib ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların sosial mühitə uyğunlaşdığı mühüm institutdur.

Qanun layihəsinə əsasən, “Ümumi təhsil haqqında” qanuna ediləcək dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində təhsil verən şəxslər üçün geyim tələblərinin müəyyən edilməsi nəzərdə tutulur. Bu tələblərin aidiyyəti icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi təklif edilir.

Layihədə həmçinin şagirdlərin vahid məktəbli forması ilə bağlı müəyyən olunmuş tələblərə əməl etməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyən edilməsi təklif olunur.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol