• $
  • €
  • ₽
  • ₺
  • £

Xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb

Xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb
24.06.2026 12:59

Azərbaycanda  xüsusi karantin rejiminin müddətini 2026-cı il oktyabrın 1-dək uzadıb.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi nəticələrin qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2026-cı il oktyabrın 1-i saat 06:00-dək qüvvədə saxlanılacaq.

Son illərdə karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti ləğv edilsə də, qüvvədə qalan əsas tədbir Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasıdır.

Azərbaycan COVID-19 pandemiyası dövründə tətbiq edilən xüsusi karantin rejiminin müddətini mütəmadi olaraq uzadır. Ölkənin quru sərhədləri 2020-ci ildən etibarən bağlı qalır, hava nəqliyyatı isə xüsusi qaydalar əsasında fəaliyyət göstərir.

Prezident İlham Əliyev son çıxışlarında quru sərhədlərin bağlı saxlanılmasının milli təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, bu tədbir Azərbaycanı regionda baş verən müxtəlif təhlükələrdən və risklərdən qorumağa kömək edib.

Quru sərhədlərin açılması məsələsi son illərdə ictimai müzakirələrin mövzusu olsa da, hökumət sərhəd rejiminin dəyişdirilməsi ilə bağlı hər hansı tarix açıqlamayıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol