• $
  • €
  • ₽
  • ₺
  • £

Yay düşərgələri bir uşaq üçün neçəyə başa gəlir?

Yay düşərgələri bir uşaq üçün neçəyə başa gəlir?
03.07.2026 14:57

2026-cı ilin yay mövsümü üçün Azərbaycanda özəl yay düşərgələrinin qiymətləri proqramın müddəti, yerləşmə və xidmət paketindən asılı olaraq 165 manatdan 1 500 manata qədər dəyişir.

Milli məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, uşaqların yay vaxtı, vaxtlarının səmərəli təşkili ilə bağlı xeyli narahatlıq doğuran məqamlar var və valideynlərin çoxu bununla qayğılanır. 

"İndi artıq tətildir. Uşaqların mütləq əksəriyyəti vaxtını telefonda, planşetlərdə, smartfonlarda keçirirlər və bu da onların həm sağlamlığına, həm düşüncələrinə təsir göstərir.  Əvvəllər  yay düşərgələri olub, uşaqların vaxtı səmərəli təşkil edilib. Burada bir neçə istiqamətdə iş getməlidir.  Dövlət qurumları və ayrı-ayrı sahələr bu məsələdə maraqlı olmalıdırlar.  Biz bu barədə ciddi bir formada düşünməliyik və müəyyən addımların həyata keçirilməsi üçün çalışmalıyıq və səy göstərməliyik",- deputat vurğulayıb.

Təhsil eksperti Elmin Nuri bildirir ki, , hazırda özəl sektorda artıq yay düşərgələrini böyük biznesə çevirən yerlər var.

  • "Qiymət yüksək ola bilər. Ancaq şəxsən mənə maraqlıdır, onlar hansı proqramlardan istifadə edirlər? Elm və Təhsil Nazirliyi yayda fəaliyyət göstərir, amma Bakı daxilində əlavə məşğələlər olur. O, düşərgə deyil. Düşərgələrin ayrıca funksiyaları var. Biz yay düşərgəsinə valideynin uşağa ayırdığı əyləncə kimi baxırıq və yay düşərgəsi prizmasından, iş adamları prizmasından, sahibkarlar prizmasından isə yalnız kapitalist maraqlarla baxırıq",- ekspert əlavə edib.

Summer Yay Düşərgəsi- 10 günlük düşərgənin qiyməti 800 manatdır. Qiymətə gündəlik qidalanma və gecələmə daxildir. Uşaq kotecdə qalacağı təqdirdə ödəniş 800 manat, çadırda qalacağı təqdirdə isə 600 manat təşkil edir.

Outside Junior- Düşərgə 5 gün 6 gecə olmaqla 450 manata təklif olunur. Qiymətə qidalanma, gecələmə və müxtəlif əyləncəli və maarifləndirici oyunlarda iştirak daxildir.

“Landau School” tərəfindən təşkil olunan yay məktəbində 5 günlük proqramın qiyməti 750 manat, iki həftəlik proqramın qiyməti isə 1 500 manatdır.

“CAMPHOOD 2026 Summer Camp” 5–17 yaşlı uşaqlar üçün komanda oyunları, yarışlar, hovuz fəaliyyəti, ekskursiyalar və şəxsi inkişaf məşğələlərini əhatə edən proqram təqdim edir. Bir həftəlik gündəlik proqram 490 manata, iki həftəlik proqram isə 980 manata təklif olunur.

“Summer Schools Azerbaijan” yay düşərgəsi Bilgəhdə yerləşən “Xəzri” İstirahət Mərkəzində təşkil edilir. 5–16 yaşlı uşaqlar üçün nəzərdə tutulan proqramda həm gündəlik, həm də yatılı iştirak imkanları var. 5 günlük gündəlik proqramın qiyməti 790 manat, yatılı proqramın qiyməti isə 1 190 manatdır.

“İngla Summer Camp” iştirakçılara 5 günlük proqramı 500 manata, 10 günlük proqramı isə 700 manata təklif edir.

“Blue Camp” isə Mərdəkanda fəaliyyət göstərir. Proqrama hovuz və akvapark fəaliyyəti, idman yarışları, ekskursiyalar, eləcə də yaradıcılıq məşğələləri daxildir. Düşərgə 5, 7 və 14 günlük paketlər üzrə təşkil olunur və qiymətlər seçilən proqramdan asılı olaraq 400–800 manat arasında dəyişir.

Elm və Təhsil Nazirliyi sonuncu dəfə 2025-ci ilin avqustunda  bir neçə yay düşərgəsi təşkil edib

"Təhsil" idman-sağlamlıq yay düşərgəsi – 12–17 avqust 2025-ci il tarixlərində keçirilib. Düşərgə "Zuğulba" Tədris-İdman Bazasında təşkil olunub və müxtəlif uşaq-gənclər idman məktəblərindən 50 məktəbli idmançı iştirak edib. Proqrama ustad dərsləri, idman yarışları, intellektual oyunlar və viktorinalar daxil olub. Ikincisi isə şəhid övladları üçün "Təhsil" yay düşərgəsi – 19–25 avqust 2025-ci il tarixlərində keçirilib. Düşərgədə ölkənin müxtəlif şəhər və rayonlarından, o cümlədən Naxçıvandan 45 məktəbli iştirak edib. Proqrama təlimlər, idman yarışları, ekskursiyalar, konsertlər və tanınmış şəxslərlə görüşlər daxil edilib.

İstiqamət : 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol