Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq
Cəlilabad şəhərinin bir hissəsində iyulun 6-da planlı təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
"Report"un məlumatına görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan işlərlə əlaqədar saat 10:00-dan işlər başa çatanadək şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin abonentlərinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox