• $
  • £

"Arzum" həbsdə qalarsa övladları sığınacağa və yaxud himayədar ailələrə vveriləcək - Məhkəmə

"Arzum" həbsdə qalarsa övladları sığınacağa və yaxud himayədar ailələrə vveriləcək - Məhkəmə
22.07.2026 15:09

"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdə qalacağı təqdirdə Almaniyada yaşayan azyaşlı övladları  sığınacağa  və yaxud himayədar ailələrə verilə bilərBunu bloqerin vəkili Hikmət Əliyev məhkəmədən sonra Anews.az-a açıqlamasında bildirib.

"Mən işə gec qoşulmuşam. Mən qoşulandan sonra vəsatətlər verdim, məhkəmə onları qəbul etməyib, araşdırma edilməyib. Amma artıq bütün məsələlər araşdırılacaq. Yəni bu o deməkdir ki, işin tam istintaqı aparılacaq. İkinci məsələ bizdən ev dustaqlığına çıxması ilə bağlı vəsatət vermişdik ki, bu araşdırma müddətində bu xanım çöldə olsun, içəridə yox. İndiki dövrdə özümüzə əminik ki, burda İlduzə xanımın günahı yoxdur və biz bunu sübut eləməyə qadirik. Əks halda mən en pis versiyanı fikirləşmək belə istəmirəm. Gələn iclasdan artıq məhkəmə istintaqı başlayacaq. Yəni bu gün edilə biləcək en yuxarı nailiyyətləri əldə elədik. Həm buraxıldı evinə, həm də işin istintaqla araşdırılması qərarı qəbul edilib.

Vəkil bildirib ki, hakim Elnur Nuriyev çox ədalətli qərar verib.

"Qanunla bu yerdə biz bəraət tələb eləyə bilmərik. Araşdırma nəticəsində bizim qeyd elədiyimiz hallar ortaya çıxarsa və sübut olunarsa ki, xanımın günahı yoxdur, bəraət hökmü çıxacaq Yox, əksi sübut olunarsa, ittiham hökmü olacaq. Yəni bizim əsas nail olmaq istədiyimiz birinci instansiyada bu idi ki, obyektiv araşdırma aparılsın. Almaniya qanununa görə, uşaqlar sığınacağa  və yaxud himayədar ailələrə verilə bilər. Ata hərbçidir dəniz donanmalarındadır səhv eləmirəmsə, 20 gün orda olur, 10 gün burda. Belə olan halda dövlət uşağı ataya verməyəcək. O nöqteyi-nəzərdən ən ağlabatanı sığınacaqlar və ya himayədar ailələrə verilməsidir",- vəkil vurğulayıb.

 

****

"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdə qalacağı təqdirdə Almaniyada yaşayan azyaşlı övladlarının dövlət himayəsinə götürülərək sığınacağa yerləşdirilməsi riski var. Bunu bloqerin vəkili Hikmət Əliyev Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda bildirib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuruyevin sədrliyi ilə "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətinə baxılır. 

Məhkəmə iclasında çıxış edən vəkil Hikmət Əliyev bildirib ki, İlduzə Hacıyevanın həbsi onun ailəsinə də ciddi təsir göstərib.

"İlduzə Hacıyevanın həbsindən sonra azyaşlı övladları sığınacağa yerləşdiriləcək. Bu işin sosial nəticələri də nəzərə alınmalıdır", - vəkil bildirib.

Vəkil daha sonra apellyasiya instansiyasında işə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. O bildirib ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi bir sıra vəsatətləri təmin etməyib.

"Birinci instansiya məhkəməsi bizim verdiyimiz vəsatətlərin heç birini təmin etmədi. Halbuki həmin vəsatətlər konkret dəlillərə əsaslanırdı və işin obyektiv araşdırılması üçün vacib idi", - Hikmət Əliyev vurğulayıb.

Onun sözlərinə görə, müdafiə tərəfi hadisə yerinə baxış keçirilməsi, avtomobillərin məhkəmə tərəfindən yerində araşdırılması, hadisə şahidlərinin dindirilməsi, hal şahidlərinin şəxsiyyətinin dəqiqləşdirilməsi, bəzi sübutların sübutlar siyahısından çıxarılması və təkrar kompleks məhkəmə-avtotexniki və trasoloji ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırsa da, bunlar təmin edilməyib.

"Bizim əsas məqsədimiz iş üzrə obyektiv həqiqətin müəyyən edilməsidir. Buna görə də məhkəmədən xahiş edirik ki, apellyasiya baxışı məhkəmə istintaqı ilə keçirilsin və bütün bu məsələlər ətraflı araşdırılsın", – vəkil qeyd edib.

Müdafiə tərəfi bildirib ki, apellyasiya şikayətinin mahiyyəti üzrə çıxış zamanı bütün vəsatətlər ayrıca məhkəməyə təqdim ediləcək.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:12
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:00
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Cəmiyyət 20:30
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Cəmiyyət 20:24
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 20:11
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Bakı-Quba yolunda qəza olub, ölən var
Cəmiyyət 20:09
Bakı-Quba yolunda qəza olub, ölən var
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Cəmiyyət 19:32
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Cəmiyyət 17:40
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Cəmiyyət 17:31
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol