• $
  • £

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
24.07.2026 18:49

İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayət faktlarını məhkəmənin diqqətinə çatdırıb.

O, həmçinin təqsirləndirilən Arayik Harutyunyanın Ermənistan tərəfindən yaradılan və himayə olunan cinayətkar birlikdəki roluna dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Anar Ələkbərov vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində törədilən çoxsaylı cinayətlər üzrə toplanmış sübutları təqdim edib.

Anar Ələkbərov, həmçinin Bako Sahakyanın cinayətkar fəaliyyətinə dair konkret sübutlara diqqət çəkərək təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsassız olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə prokuroru Sevinc Qasımova isə Arkadi Qukasyanın ittiham olunduğu cinayətlərə dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

Dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin bildiriblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb, iş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları və digər sübutlarla təsdiq edilib.

İttiham tərəfi çıxışlarında təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək arqumentlərini səsləndiriblər.

Məhkəmənin növbəti iclası iyulun 27-də keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləcəridə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:20
Biləcəridə baş verən yanğın söndürülüb - Yenilənib
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Cəmiyyət 20:50
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 19:01
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Cəmiyyət 18:49
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
Cəmiyyət 18:26
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
Doktorantura və dissertantura üzrə xarici dil imtahanlarının nəticələri elan olunub
Cəmiyyət 18:10
Doktorantura və dissertantura üzrə xarici dil imtahanlarının nəticələri elan olunub
8 prokurorluq əməkdaşı cəzalandırılıb - 2 nəfər işdən çıxarılıb
Cəmiyyət 16:55
8 prokurorluq əməkdaşı cəzalandırılıb - 2 nəfər işdən çıxarılıb
Altı ayda cinayət işləri üzrə icraata xitam verilməsi ilə bağlı 355 qərar ləğv edilib
Cəmiyyət 15:56
Altı ayda cinayət işləri üzrə icraata xitam verilməsi ilə bağlı 355 qərar ləğv edilib
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 15:04
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol