• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ilin ilk yarısında “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub

2026-cı ilin ilk yarısında “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
29.07.2026 16:15

“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində işini davam etdirir. Cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.

Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb. 

Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.

Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub. 

Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.

Qeyd edək ki, “Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.

Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80,  +994 51 880 11 80), elektron poçt ([email protected]), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol