Göyçayda Şirvan suvarma kanalı yarılıb

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.
"Report" xəbər verir ki, hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.
Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə doğru axır.
Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























