DİN: iki gündə 4 avtomat və 3 tüfəng aşkarlanaraq götürülüb
Polis əməkdaşları avqustun 1-i və 2-də paytaxt və respublikanın müxtəlif rayonlarında keçirdikləri əməliyyat-profilaktik tədbirlər zamanı qanunsuz saxlanılan silah-sursat aşkarlayıblar.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tədbirlər nəticəsində 4 avtomat silahı, 3 tüfəng, 6 patron darağı və 128 ədəd müxtəlif çaplı patron götürülüb.
Nazirlik bildirib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.