• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda saxlanılan azərbaycanlı narkotik qaçaqmalçılığı şübhəlisi ölkəyə ekstradisiya edilib

Qazaxıstanda saxlanılan azərbaycanlı narkotik qaçaqmalçılığı şübhəlisi ölkəyə ekstradisiya edilib
17.08.2026 17:00

Qazaxıstanda beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Tahir Əskərov Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun məlumatına görə, Qazaxıstanın səlahiyyətli orqanları ilə aparılan danışıqlar və tələb olunan sənədlərin təqdim edilməsindən sonra Əskərovun Azərbaycana təhvil verilməsi barədə razılıq əldə olunub.

İstintaqın məlumatına görə, Əskərov qabaqcadan əlbir olan qrupun tərkibində satış məqsədilə külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsində şübhəli bilinir.

O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Əskərov Qazaxıstanda müəyyən edilərək saxlanılıb. Ekstradisiya prosedurlarının tamamlanmasından sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.

 Əskərovun barəsində cinayət işi üzrə qərar 25 fevral 2026-cı ildə qəbul edilib. Azərbaycan Baş Prokurorluğu beynəlxalq axtarışda olan şəxslərin ölkəyə qaytarılması üçün xarici hüquq-mühafizə orqanları və İnterpol ilə əməkdaşlığı davam etdirir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol