• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
24.08.2026 23:37

Avqustun 25-də Bakının və bir sıra rayonların bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, işlər elektrik enerjisinin təchizatının keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aparılacaq.

Bakının Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Moskva və Mətbuat prospektlərinin, həmçinin Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçıvani və Fuad İbrahimbəyov küçələrinin bəzi hissələrinin elektrik təchizatında məhdudiyyət olacaq.

Nərimanov rayonunda isə saat 09:00-dan 13:00-dək akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun və Möhsün Sənani küçələrinin bəzi ərazilərində, eləcə də 1 saylı ASAN xidmət mərkəzi və Tibb Universitetinin Onkoloji Klinikasında elektrik enerjisinin verilişi dayandırılacaq.

Beyləqan rayonunda 110/35/10 kV-luq "Xalac" yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 16:30-dək bir sıra kənd və qəsəbələrdə fasilə yaranacaq.

Cəlilabad rayonunun Göytəpə şəhəri və bir sıra kəndlərində saat 12:00-dan 15:00-dək 35 kV-luq "Göytəpə" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Ağdaş rayonunda saat 10:00-dan 14:00-dək "Ləki Dartı" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar Ləki qəsəbəsi və ətraf kəndlərin bəzi hissələrində fasilə yaranacaq.

Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində saat 10:00-dan 14:00-dək ağacların budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə olacaq.

Yevlaxda saat 10:00-dan 12:00-dək şəhərin bir sıra küçələrində, saat 10:00-dan 15:00-dək isə bir neçə kənd və Meyvəli qəsəbəsində planlı fasilələr tətbiq ediləcək.

Bərdənin bir sıra kəndlərində 35 kV-luq "Mustafağalı" hava xəttində aparılacaq ağacbudama işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Goranboy rayonunun Balakürd kəndi və Qızılhacılı qəsəbəsinin bir hissəsində isə saat 09:00-dan 15:00-dək ağacların budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan  bildirilir ki, işlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol