Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























