Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda “Kia Sorento” markalı avtomobilin piyadanı vurması nəticəsində bir nəfər ölüb.
Hadisə şəhərin Əliyar Əliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Yaşar Təvəkkül oğlu Əsgərovun idarə etdiyi avtomobil piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























