“44” filminin premyera tarixi açıqlanıb
Vətən müharibəsindən bəhs edən “44” bədii filminin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, premyeradan sonra filmin nümayişləri ölkə kinoteatrlarında davam etdiriləcək.
Anar Ələkbərovun sözlərinə görə, film üçün premyera ərəfəsində 12 tizer hazırlanıb və onlar qarşıdakı həftələrdə ictimaiyyətə təqdim olunacaq.
Son xəbərlər
Daha çox