• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb
01.10.2026 11:47

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin nümayəndələri istehsalatda tətbiq edilən texnoloji həllərlə yerində tanış olublar.

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin nümayəndələri üçün “Azərsun Holdinq”in Sumqayıtda yerləşən “Bakı Qida Yağ Fabriki”nə təcrübə paylaşımı səfəri təşkil olunub. Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə keçirilib.

Səfərin məqsədi proqrama qoşulan müəssisələrin texnoloji transformasiya həllərinin real istehsal mühitində tətbiqi ilə yaxından tanış olması, təcrübənin bölüşülməsi və hazırlanmış transformasiya yol xəritələrinin icrasına dəstək göstərilməsi olub.

4SİM-in layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə bildirib ki, 18 müəssisənin qoşulduğu proqram çərçivəsində şirkətlərin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və onların ehtiyaclarına uyğun transformasiya yol xəritələri hazırlanıb. Qeyd olunub ki, yol xəritələrində nəzərdə tutulan texnoloji həllərlə real istehsal mühitində fiziki tanışlıq müəssisələrə həmin həllərin praktik tətbiq mexanizmini və istehsal prosesinə təsirini yerində görməyə imkan verir. Bu yanaşma şirkətlərin öz transformasiya planlarında nəzərdə tutulan texnologiyaların tətbiqi ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul etməsinə, uğurlu təcrübələrin müəssisələr arasında paylaşılmasına və texnoloji transformasiya prosesinin sürətləndirilməsinə töhfə verir.

“Bakı Qida və Yağ Fabriki”nin direktoru Şahəddin İbrahimov müəssisədə tətbiq olunan istehsalın idarə edilməsi sistemi (MES – Manufacturing Execution System) barədə təqdimatla çıxış edib. MES müəssisənin biznes planlama sistemi ilə istehsalatdakı avadanlıq və idarəetmə sistemləri arasında məlumat mübadiləsini təmin edir, sifarişlərin icrası, avadanlıqların fəaliyyəti və dayanmaları, keyfiyyət göstəriciləri və xammal sərfinin real vaxt rejimində izlənilməsinə imkan yaradır. Bu yanaşma idarəetmə qərarlarının faktiki istehsal məlumatları əsasında qəbul edilməsini dəstəkləyir.

Daha sonra iştirakçılar fabrik turu zamanı istehsal prosesini və tətbiq edilmiş rəqəmsal həllərin praktiki istifadəsini müşahidə edib, müəssisənin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsini, fərdiləşdirilmiş transformasiya yol xəritələrinin hazırlanmasını, bilik və bacarıqların gücləndirilməsini, maliyyə və icra dəstəyinin göstərilməsini nəzərdə tutur. Müəssisələr proqram barədə ətraflı məlumat və qoşulmaq üçün //industry4.az saytından keçid edə bilərlər.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Polkovnik Əflatun Məmmədov həbs edilib
Cəmiyyət 23:30
Polkovnik Əflatun Məmmədov həbs edilib
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 23:20
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:03
Bu ərazilərdə işıq olmayacaq
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Cəmiyyət 21:26
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Zirzəmidə köməksiz qalan şəxs xilas edilib - Video
Cəmiyyət 20:11
Zirzəmidə köməksiz qalan şəxs xilas edilib - Video
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Cəmiyyət 19:48
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq
Cəmiyyət 18:48
Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:33
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Cəmiyyət 16:42
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol