Nazir müavini Qarabağdakı bərpa olunan abidələrdən danışıb

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpası ilə yanaşı, mədəniyyət müəssisələri yenidən qurulur və Zəfər muzeylərinin yaradılması və tikintisi həyata keçirilir. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.
“Tarixi-mədəni abidələrin bərpa edilməsi ilə yanaşı, eyni zamanda orada fəaliyyət göstərən mədəniyyət təşkilatlarının, müəssisələrinin də yenidən qurulması, xüsusilə də Zəfər muzeylərinin yaradılması və tikintisi həyata keçirilir”, – nazir müavini Milli Məclisdə çıxışı zamanı deyib.
Cəfərovun sözlərinə görə, Mədəniyyət Nazirliyinin qarşısında yeni hədəflər Prezident İlham Əliyevin bu ilin yanvarında təsdiq etdiyi “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası ilə müəyyənləşdirilib.
O bildirib ki, konsepsiyada mədəniyyətin altı müxtəlif sahəsi üzrə hədəflər müəyyən edilib. Hər bir sahə üzrə gələcəkdə müvafiq dövlət tədbirləri və proqramları hazırlanacaq.
Nazir müavini bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin maliyyə təminatının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

























