Azərbaycanda din xadimlərinin ən azı üçdə birinin dini təhsili yoxdur

Azərbaycanda təyinat alan din xadimlərinin ən azı üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 1 000 məsciddə din xadimi fəaliyyət göstərmir.
İsmayılov qeyd edib ki, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı təxminən 3 500 nəfərdir. Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlıların ölkədə dini təhsilə cəlb olunması da prioritet istiqamətlərdəndir.
Komitə rəsmisi bildirib ki, Azərbaycanda ali dini təhsil verən yeganə müəssisə Azərbaycan İlahiyyat İnstitutudur. Orta ixtisas dini təhsili isə institutun tabeliyindəki Bakı İlahiyyat Kollecində verilir.

























