• $
  • €
  • ₽
  • ₺
  • £

Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı

Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı
23.10.2026 11:14

Bakının 192 saylı məktəbində dərs saatı ərzində müəllimin hər şagirdlə maraqlanmasına cəmi 30 saniyə vaxt düşür. Bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib.

O, şagird sıxlığını azaltmaq üçün məktəbin ərazisi imkan verdiyi halda modul tipli sinif otaqlarının tikilməsini təklif edib.


“Məktəbdə 850 şagird yeri var və bu məktəbdə 2 551 uşaq təhsil alır - tutumundan üç dəfə çox. Bu məktəbdə uşağı necə savadlı, hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür?” - deputat əlavə edib.


Mustafa məktəbin idman zalının şəraitini də tənqid edib.

“Məktəbin idman zalı 25 kvadratmetrdir, hündürlüyü üç metrdir. Bu zalda məktəb dövründə hansı idman vərdişlərini əldə etmək mümkündür?” - o deyib.


Deputat bildirib ki, məsələ ilə bağlı baş nazirə məktub göndərib və təkliflərini təqdim edib.

“Məktəbin ərazisində yer varsa, modul tipli 10-15 sinif otağının salınması bu sıxlığı minimum iki dəfə azalda bilər və növbəlilik məsələsində məktəbə kömək edə bilər”, - Mustafa deyib.


Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol