Cüzeppe Verdinin 200 illiyinə həsr olunmuş tədbir

10:13 | 05.12.2013
Cüzeppe Verdinin 200 illiyinə həsr olunmuş tədbir

Cüzeppe Verdinin 200 illiyinə həsr olunmuş tədbir

 Dekabrın 4-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun dahi italyan bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyinə həsr olunmuş tədbiri keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti, sənətşünaslıq namizədi Kəmalə Ələsgərli C.Verdinin həyat və yaradıcılığı, yaşadığı tarixi dövr haqqında danışmışdır.Bildirmişdir ki, bəstəkarın yaradıcılığı XIX əsrin 30-cu illərinə təsadüf edir. C.Verdinin yaradıcılığını 3 mərhələdə səciyyələndirən K. Ələsgərli vurğulamışdır ki, onun əsərlərində qəhrəmanların xarici görünüşü və daxili aləmi qarşı-qarşıya qoyulur. Qeyd edilmişdir ki, 26 operanın müəllifi olan XIX əsrin dahi bəstəkarının əsərləri dünyanın bütün ölkələrində səhnəyə qoyulmuşdur.Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.Tədbirdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - Əməkdar Artist Gülnaz İsmayılova və Tural Ağasıyev, BMA-nın tələbələri Dilarə Əliyeva və Aydan Quliyeva C.Verdinin operalarından partiyalar ifa etmişlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb