Daha bir ölkədə maskadan istifadə məcburi edildi

20:30 | 23.06.2020
Daha bir ölkədə maskadan istifadə məcburi edildi

Daha bir ölkədə maskadan istifadə məcburi edildi

Bolqarıstan hökuməti ictimai məkanlarda qoruyucu maskadan istifadəni məcburi edən qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Kiril Ananiev danışıb.
Nazir bildirib ki, daha əvvəl tətbiq edilmiş, daha sonra ləğvinə qərar verilmiş məcburi maska rejiminin yenidən qüvvəyə minməsi məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi fonunda qəbul olunub. Buna səbəb son günlər ölkədə COVID-19-un yayılması ilə bağlı vəziyyətin pisləşməsi olub.

Belə ki, son 15 günlük müddətdə (iyunun 7-dən 22-dək) ​​Bolqarıstanda aktiv kotonavirus xəstələrinin sayı 626 nəfər artıb. Ananievin sözlərinə görə, bu, əksər vətəndaşların sanitariya normalarına ciddi riayət etməmələri ilə əlaqədardır.

Bununla yanaşı, ölkədə vəziyyətin pisləşməsi ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyətlər qoyulub.
Maska taxmaq kinoteatrlarda, teatrlarda, gecə klublarında, habelə qapalı idman tədbirləri zamanı məcburidir. İctimai nəqliyyatda, xəstəxanalarda və apteklərdə maskaların taxılmasına nəzarət də gücləndirilir. Bundan əlavə, dükan və ticarət mərkəzlərini ziyarət edərkən insanlardan 1,5 metr sosial məsafəni qorumaları tələb olunur.

Qeyd edək ki, Bolqarıstan hökuməti sonuncu dəfə may ayının ortalarında ölkədə fövqəladə epidemioloji vəziyyət (BSEC) elan etmişdi.
Son məlumatlara görə, Bolqarıstanda bu günədək 3 min 984 nəfər koronavirusa yoluxub. 199 xəstə ölüb. İki mindən çox insan sağalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb