“Dəlinin qeydləri” Moskvaya gedir - FOTO

22:44 | 18.05.2016
“Dəlinin qeydləri” Moskvaya gedir - FOTO

“Dəlinin qeydləri” Moskvaya gedir - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti səfərə hazırlaşır.
 
May ayının 21-də yola düşəcək heyət Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
 
Cari ilin may ayının 21-dən – 29-dək davam edəcək festivalda ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun "Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
 
 
Festivalda ölkəmizlə yanaşı, Almaniya ("Нина, или о хрупкости чаек”), ABŞ ("Василий + Федерико”), İspaniya ("В Париже”), İsrail ("Петер@бург”) və Rusiyanın ("Последный срок”), ("Москва – петушки. Поэма”), ("Печорин”) müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdiriləcək.  
 
 
Məlumat üçün bildirək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik Rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM