Deputat baş nazirə səsləndi: Yeni kadrlarınız ölkəni yaxşı tanımır /VİDEO

15:22 | 15.03.2024
Deputat baş nazirə səsləndi: Yeni kadrlarınız ölkəni yaxşı tanımır /VİDEO

Deputat baş nazirə səsləndi: Yeni kadrlarınız ölkəni yaxşı tanımır /VİDEO

Deputat Razi Nurullayev baş nazir Əli Əsədovdan Nazirlər Kabinetinə daxil olan yeni kadrların ölkəni yaxşı tanımamasını əsas göstərərək ondan bu məsələni diqqətdə saxlamağı xahiş edib. Bu barədə deputat Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.  
 
 
"Cənab baş nazir! Sizdən xahişim budur ki, nazirlər kabineti və kabinetə daxil olan yeni işçilərə, xüsusən cavan kadrlara, kabinetinizin üzvlərinə tövsiyə edin ki, işə götürdükləri, təyin etdikləri, yaxud təyin olunan yeni kadrlara desinlər ki, onlar birinci növbədə ölkəni tanısın, siyasi cəhətdən savadını artırsın və ən azından ən yeni tariximizi və onun simalarını tanıyıb hörmət etsin. Böyüklərin təcrübəsini öyrənsinlər. Problemləri həll etmək, idarə etmək təcrübəsinə yiyələnsinlər. Onlar özlərini təvəzökar, qayğıkeş və rəhbərlik tərəfindən qoyulan şərtlərə uyğun aparmalıdır. Vəzifə üstünlük yaratmaqla bərabər, həm də ciddi məsuliyyət və öhdəliklər yaradır.  Inanıram ki, indiki dövrdə vəzifə siyasi və digər xidmətlərə görə verilmir. Vəzifə vətəndaşlara və dövlətə xidmət üçün verilir", - deputat martın 15-də Nazirlər Kabinetinin 2023-cü il hesabatına münasibət bildirərkən söyləyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM