Deputat həmsədrləri tənqid atəşinə tutdu

14:05 | 28.10.2015
Deputat həmsədrləri tənqid atəşinə tutdu

Deputat həmsədrləri tənqid atəşinə tutdu

"Siz arxayın danışırsınız. Çünki eviniz yanmayıb, torpağının işğal olmayıb. Dağlıq Qarabağ sakinlәri isə 20 ildәn artıqdır, öz torpaqlarına qayıda bilmirlər".

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Xocalıdan olan millәt vәkili Elman Mәmmәdov ATӘT-in Minsk qrupu hәmsәdrlәri ilə "Dağlıq Qarabağın azәrbaycanlı icması” İctimai Birliyində keçirilən görüşdә deyib.

E. Məmmədov bildirib ki, o vә onun kimi digәr mәcburi köçkünlәr həmsədrlərin 20 ildәki fәaliyyәtindәn narazıdırlar:

"Bu müddәtdә nә 1 sm torpaq işğaldan azad olunub, nә dә bir insan öz torpağına qayıdıb. Bu o demәkdir ki, sizin fәaliyyәtiniz sәmәrәsizdir. Siz özünüz dә bilirsiniz ki, bu belədir. İnanmıram ki, sizin faliyyәt nәticәsindә bu mәsәlә hәll olacaq.

Sәbәb dә odur ki, sizin dövlәtlәrin Cәnubi Qafqazda öz maraqları var. Bu problemlәrin hәllindә hәmin mәnafelәr tәmin olunmur. Siz heç zaman eyni fikrә gәlib bu mәsәlәni hәll edә bilmәyәcәksiniz.

Nә qәdәr ki, biz sağıq gәrәk görüşlәr tәşkil edәk, oralara gedәk. Çünki biz orada yaşayan ermənilərlə bir-birimizi tanıyırıq. Siz bu problemin hәllini gәnc nәslin ixtiyatına buraxmamalısınız.

Bәzәn yazılarınızdan elә anlaşılır ki, sanki ermәnilәr kimi düşünürsünüz. Amma işğala mәruz qalan Azәrbaycandır. Siz işğalı törәdәnlә, işğala mәruz qalanı fәrqlәndirmәlisiniz”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb