Deputat tikinti şirkətlərinin vətəndaşların hüququnu pozduğunu söyləyib- VIDEO

12:32 | 05.03.2024
Deputat tikinti şirkətlərinin vətəndaşların hüququnu pozduğunu söyləyib- VIDEO

Deputat tikinti şirkətlərinin vətəndaşların hüququnu pozduğunu söyləyib- VIDEO

Azərbaycanda elə tikinti şirkətləri var ki, heç kimdən icazə almadan tikinti aparır və vətəndaşların mülkiyyət hüququnu pozur. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
 
"Azərbaycanda müəyyən tikinti şirkətləri var icazə almadan tikinti aparır. Konstitusiyamızda mülkiyyət hüquqi var. Amma elə tikinti rəhbərləri var ki, kimlərəsə arxayın olduğundan vətəndaşın mülkiyyətini istədiyi məbləğlə qiymətləndirir. Sualım Ombudsmanadır. Necə edək ki, bu insanların hüquqları pozulmasın? Başa düşürəm ki, bu Ombudsmanın icra edəcəyi məsələ deyil. Amma vətəndaşların hüququnun pozulması istiqamətində narahat olmalıyıq”, - deputat martın 5-də Milli Məclisin iclasda Ombudsmanın hesabatına münasibət bildirərkən bildirib.
 
Həsənquliyev işləmək üçün xaricə gedən şəxslərin də ölkəyə qayıdarkən pasport ala bilməməsi istiqamətində hüquqlarının pozulmasını diqqətə çatdırıb.
 
Ombudsman Səbinə Əliyeva deputata cavab olaraq bildirib ki, problem bu sahəyə nəzarəti həyata keçirən orqanların ciddi nəzarət keçirməməsi ilə bağlıdır. 
 

 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb