Deputat Zahid Oruca yüksək vəzifə verilməsindən danışdı

15:56 | 13.02.2019
Deputat Zahid Oruca yüksək vəzifə verilməsindən danışdı

Deputat Zahid Oruca yüksək vəzifə verilməsindən danışdı

Prezident İlham Əliyevin sərəncamı ilə deputat Zahid Oruc yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Anews.az "ölkə.az"a istinadla xəbər verir ki, Zahid Oruc siyasi fəaliyyətini uzun müddət Ana Vətən Partiyasında davam etidirib. Millət vəkili bu partiyanın qurulduğu ilk zamanlardan orada olub və təşkilatın formalaşmasında, cəmiyyətdə tanınmasında müstəsna rolu olub.

Uzun illər Ana Vətən Partiyasının rəhbərliyində təmsil olunan Zahid Oruc 2000-ci ildə Milli Məclisə deputat seçilib. Lakin 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürdüyündən partiya lideri, Milli Məcliisn deputatı Fəzail Ağamalı ilə aralarında müəyyən fikir ayrılığı yarandı. Nəticədə Zahid Oruc partiyadan istefa verməli oldu.

F.Ağamalı aralarında fikir ayrılqılarının və müəyyən məsələlərdə incikliyin olmasına baxmayaraq Azərbaycan prezidentinin Zahid Oruca etimad göstərərək Sosila Təqdiqatlar Mərkəzinə rəhbər təyin etməsini yüksək qiymətləndirib:
"Ümid edirəm ki, Zahid Oruc ona tapşırılan vəzifənin öhdəsindən uğurla gələcək və mən ona uğurlar arzu edirəm. Bu çox məsuliyyətli bir vəzifədir".
Bir zamanlar aralarında yaranan fikir ayrılığına gəldikdə isə AVP sədri F.Ağamalı deyib ki, siyasi fəaliyyətdə insanlar arasında hər hansı fikir ayrılığı, fərqli düşüncə ola bilər və bu normal haldır: "Hamı eyni cür düşünə bilməz ki..."

"Mənim üçün həyatda bir prinsip var. Əgər bir insan dövlətinə, dövlətçiliyinə, millətinə bağlı adamdırsa və fəaliyyətində bunu əsas götürürsə, yerdə qalanlar təfarrüatdır. Boş şeydir"-, deyə F.Ağamalı bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb