Devid Bekhem öz həyatı barədə film çəkməyi planlaşdırır

10:29 | 01.12.2013
Devid Bekhem öz həyatı barədə film çəkməyi planlaşdırır

Devid Bekhem öz həyatı barədə film çəkməyi planlaşdırır

  Devid Bekhem öz həyatı barədə film çəkməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, bütün ulduzlar bioqrafiyaları ilə bağlı yazmağı sevsələr də, Bekhem bir qədər də irəli gedərək həyatı haqqında film çəkmək qərarına gəlib. Hələ filmin çəkilməsinin real olmadığı bir vaxtda futbolçu baş rol ifaçısını da tapıb. Bekhemə görə, onu oynaya biləcək 3 Hollivud aktyoru var. Bunlar Bred Pitt, Leonardo Di Kaprio və Bredli Kuperdir. 

Bekhem əmindir ki, bu aktyorlardan hər biri onun həyatını oynamağa həvəslə razı olar. Futbolçu özü isə bu üç aktyordan ən çox Bred Pittə üstünlük verir. Futbolçunun həyat yoldaşı Viktoriya Bekhemi kimin oynayacağı ilə bağlı heç bir fikir söylənilmir.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb