Dilarə Kazımova oxuyacağı balladanın səhnə quruluşunu təqdim etdi - Eurovision

12:15 | 29.04.2014
Dilarə Kazımova oxuyacağı balladanın səhnə quruluşunu təqdim etdi - Eurovision

Dilarə Kazımova oxuyacağı balladanın səhnə quruluşunu təqdim etdi - Eurovision

Azərbaycanın “Eurovision” təmsilçisi Dilarə Kazımova ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi hava gimnastı və üç bek-vokalçı ilə səhnəyə çıxıb. Qadın gimnastı 8-metrlik trapesiyada çıxış edib. “Eurovision” tarixində bu ilk belə hadisədir ki, nömrə hava gimnastının iştirakı ilə qurulub. “Start a Fire”-nin quruluşçusu İsveç rejissoru və xoreoqrafı Osa Enqmandır. Səhnə quruluşu Polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıqda həyata keçirilib. Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında may ayının 6-da təqdim edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb