DİN açıqlama yaydı - Bu səbəbdən gücləndirilmiş iş rejiminə keçir

15:35 | 17.07.2019
DİN açıqlama yaydı - Bu səbəbdən gücləndirilmiş iş rejiminə keçir

DİN açıqlama yaydı - Bu səbəbdən gücləndirilmiş iş rejiminə keçir

Daxili İşlər Nazirliyi (DİN) iyulun 21-dən 27-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri haqqında məlumat yayıb.

"anews.az"ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb.

Onun sözlərinə görə, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq: "Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır".

Qeyd edək ki, iyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

(report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb