DİP seçkilərlə bağlı hesabatını açıqladı

17:16 | 02.11.2015
DİP seçkilərlə bağlı hesabatını açıqladı

DİP seçkilərlə bağlı hesabatını açıqladı

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası  1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı hesabatını təqdim edib.

Hesabatda bildirilir:  "Demokratik İslahatlar Partiyası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərin ilkin mərhələsində 40 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib. Onların sənədləri qeydiyyat üçün müvafiq seçki komissiyalarına təqdim edilib. Onlardan cəmi 14  nəfər rəsmən qeydiyyata alınıb və seçki marafonuna qoşulub.

Partiyanın namizədləri seçki kampaniyası dövründə hər hansı ciddi qanun pozuntusu ilə üzləşməyiblər. Onlara sərbəst şəkildə seçicilərlə görüşmək, öz təbliğatlarını aparmaq imkanları yaradılıb. Seçki günündə partiyanı MSK, DSK və MnSk-larda təşmsil edən şəxslərin, partiyanın namizədlərinin, onların səlahiyyətli nümayəndə və vəkillərinin, müşahidəçilərin Partiya mərkəzi qərargahına verdikləri məlumatlara əsasən Partiya Siyasi Şurası qərar alır:

1. Seçkilər Azərbaycan Respublikası Konstitusiyası və seçki qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib.

2. Seçkilərdə seçicilərin və namizədlərin iradəsinə təzyiq göstərmə halları qeydə alınmayıb.

3. Səslərin hesablanması zamanı bəzi çatışmazlıqlar müşahidə olunsa da, onlar yekun nəticəyə təsir etməyib.

4. Seçkilər müşahidəçilər və KİV üçün kifayət qədər açıq və şəffaf olub.

5. Özündən əvvəlki seçkilərlə müqayisədə, seçkilərin təşkili və keçirilməsi prosesində qismən irəliləyiş qeydə alınıb.

Seçkilər nəticəsində Demokratik İslahatlar Partiyasının sadəcə bir namizədi – 22 saylı Nəsimi İkinci seçki dairəsindən namziədliyi irəli sürülmüş Asim Nazim oğlu Mollazadə qalib gəlib. Digər namizədlər isə 2-ci və 3-cü yerlərdə qərarlaşıb.

Partiya seçkilərlə bağlı beynəlxalq təşkilatların, xarici dövlətlərin müşahidə missiyalarının, həmçinin Avropa Şurası Parlament Assambleyasının  Müşahidə Missiyasının seçkilərlə bağlı verdikləri hesabatla razıdır.”

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb