Diqqət! Bu əlamətlər dil xərçəngindən xəbər verir

22:00 | 16.01.2019
Diqqət! Bu əlamətlər dil xərçəngindən xəbər verir

Diqqət! Bu əlamətlər dil xərçəngindən xəbər verir

Son illərdə sürətlə yayılan xərçəng xəstəliyinin bir çox növləri var. Bu xəstəlik dil də daxil olmaqla demək olar bütün orqanlarda baş qaldırır və çox hallarda ölümə səbəb olur.

Medicina.az sizə nadir rast gəlinən dil xərçəngi haqda məlumat verir. 

Bu xəstəliyə daha çox kişilərdə təsadüf olunur.

Digər növlərə nisbətən qısa zaman ərzində sürətlə yayılır, metastaz verir. Ancaq şiş tez aşkar edilərsə və müalicəsi düzgün aparılarsa xərçəngin qarşısını almaq mümkündür. 
 
Dil xərçəngində ağrı çox gec meydana çıxır və pasientlər bunu adətən, diş və ya damaq ağrısı ilə əlaqələndirirlər. Ağrı hissi əsasən dildə, ağız boşluğunda, qulaq, gicgah və ənsə hissədə miqrasiya edir.

Gec mərhələlərdə ağız suyunun ifrazı çoxalır və ağızdan xoşagəlməz iy gəlir. Dil xərçəngi 5-10% hallarda ağciyər, qaraciyər və baş-beynə metastaz verir.

Risk faktoruna spirtli içkilər və siqaret daxildir.

Əlamətləri: 
 
Dil üzərində yaralar - Dil üzərindəki yaralar dil xərçəginin ən əsas əlamətidir. Əgər dilinizdə sadə yaralar əmələ gəlibsə və gün keçdikcə sağalmaq yerinə daha da artırsa, o zaman mütləq qulaq-burun-boğaz həkiminə müraciət edin. 

Boyunda şiş - Xərçəng boyundakı linfa vəzilərinə keçdikdə boyunda şişkinlik yaranır. Boynun eyni bölgəsində həftələrlə çəkilməyən və getdikcə böyüyən şişə diqqət edin. Məhz bu şiş xərçəngin əlaməti ola bilər.

Danışıqda dəyişiklik - Dil xərçəngi dilin düzgün hərəkət etməsinə təsir edir. Dilini rahat şəkildə hərəkət etdirə bilməyən xəstələrin danışığında problemlər yarana bilir.

Ağız qoxusu - Xərçəngin inkişafı ağız gigiyenasını pozur, bu da pis qoxunun yaranmasına səbəb olur.

Dildə ağrı və qanama - Xərçəng dildə əvvəl ağrılarla özünü göstərir daha sonra yaralar qanamağa başlayır. Hətta şiddətli ağrı qulaqlara da təsir edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb