Dönərdən zəhərlənmələr qida ilə bağlı deyil - Qoşqar Təhməzli

12:49 | 18.04.2024
Dönərdən zəhərlənmələr qida ilə bağlı deyil - Qoşqar Təhməzli

Dönərdən zəhərlənmələr qida ilə bağlı deyil - Qoşqar Təhməzli

Dönərdən zəhərlənmə halları heç də qida ilə bağlı olan hadisə deyil. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov deyib. 
 
"Son zamanlar dönərxanalarda zəhərlənmə halalrı olub. Qəribə də olsa Azərbaycans atıcısı hələ də elementar gigenik qaydalara əməl edib əllərini yuya bilmir. Zəhərlənmələrin çoxu gigenik qaydaların pozulmasından baş verir. İnsanlar da elə başa düşür ki, bu dönərin əti ilə bağlıdır. Qidanın özü ilə davranmağı öyrənməliyik. Hamı elə bilir ki, xaricdə qida ilə hər şey əladır, amma bizdə kritikdir. Amma bu belə deyil. Azərbaycan dünyada qida təhlükəsizliyinə görə öndə gedən  ölkələrdəndir", - sədr aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM