Dünya çempionatına rekord vəsait xərcləndi

20:04 | 29.11.2013
Dünya çempionatına rekord vəsait xərcləndi

Dünya çempionatına rekord vəsait xərcləndi

2014-cü ildə baş tutacaq dünya çempionatına ev sahibliyi edəcək Braziliya 12 stadionun inşası və ya yenidən təmiri üçün 2.5 milyard avro xərcləyib.Qol.Az-ın "NTV Spor"a istinadən verdiyi məlumata görə, bu məbləğ 2006-ci ildə Almaniyada və 2010-cu ildə CAR-da keçirilən iki dünya çempionatına xərclənən məbləğin cəmindən yüksəkdir.Braziliyada dünya çempionatı üçün ən çox pul "El Mane Qarrinça" stadionunun təmiri üçün xərclənib. Arenanın tamaşaçı tutumunun 71 min 400-ə yüksəldilməsi 450 milyon avroya başa gəlib.  Qeyd edək ki, Almaniyada təşkil olunan "DÇ-2006"da 12 stadion üçün 1 milyard 100 milyon avro, CAR-da keçirilən "DÇ-2010"da isə 10 stadion üçün 1 milyard avro xərclənmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb