Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək

09:43 | 08.01.2014
Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək

Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək

 Yanvarın 25-də dünya şöhrətli italyan bəstəkarı və dirijoru Ennio Morrikone Heydər Əliyev Sarayında çıxış edəcəkdir.AzərTAc xəbər verir ki, “Buta” İncəsənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə keçiriləcək konsert Ennio Morrikonenin 85 illik yubileyinə həsr olunmuşdur.Bakıda ilk dəfə təqdim olunacaq bu konsert proqramında Ennio Morrikone Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə və Azərbaycan Dövlət Xor kapellasına dirijorluq edəcəkdir.Tamaşaçılar Ennio Morrikonenin bəstəkarı olduğu “Bir dəfə Amerikada”, “Yaxşı, pis və qəddar” və digər filmlərdən parçaları, eləcə də bəstəkarın başqa əsərlərini dinləmək imkanı əldə edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb